07 İyun 2025, 18:51
FUTBOL
Bu gün Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Matc.az xəbər verir ki, yığmamız səfərdə Latviya ilə üz-üzə gəlib.
Riqanın “Skonto” stadionunda baş tutacaq qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, Azərbaycan millisi Riqa səfərindən sonra daha bir yoldaşlıq görüşünü iyunun 10-da "Liv Bona Dea Arena"da Macarıstana qarşı keçirəcək.
Beynəlxalq yoldaşlıq görüşü
7 iyun
Latviya – Azərbaycan - 0:0
Hakimlər: Trustin Farrugia Kann, Luke Portelli, Roberto Vella (hamısı Malta), Vitali Spasyonņikov (Latviya).
Riqa. "Skonto" stadionu.