08 İyun 2025, 10:30
FUTBOL
"Barselona" PSV-nin futbolçusu İvan Perişiçi transfer edə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bild" paylaşıb.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Perişiçlə "Bavariya"da çalışıb və indi onu dəvət etmək istəyir ki, Lamin Yamalın əvəzləyicisi olsun. Məlumata görə, Flik keçən il də Perisiçi Kataloniya klubuna çağırıb.
36 yaşlı xorvatiyalının PSV ilə müqaviləsi 2025-ci il iyunun 30-na kimi nəzərdə tutulub və tərəflər hələlik uzadılacaqlarını açıqlamayıblar.
Qeyd edək ki, İvan Perişiç bu mövsüm klub səviyyəsində 39 matçda 16 qol vurub və 11 məhsuldar ötürmə edib. Perişiç 2024-cü ilin sentyabrında PSV-yə keçib.