Fransanın PSJ klubu "Bavariya"nın 28 yaşlı mərkəz müdafiəçisi Kim Min Ce ilə ciddi maraqlanır.

Matc.az xəbər verir ki, Bbu barədə məlumatı "Footmercato" paylaşıb.

Bildirilir ki, bu həftə Parisdə PSJ-nin idman müşaviri Luis Kampos və müdafiəçinin nümayəndəsi arasında görüş baş tutub. "Bavariya" onun tam transferi üçün 50 milyon avro nəzərdə tutub. Danışıqlar yaxın günlərdə də davam etdiriləcək.

Qeyd olunur ki, Cənubi Koreya millisinin müdafiəçisi ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr"i də maraqlanıb.

Bu mövsüm Kim Min Ce bütün turnirlərdə 43 matçda iştirak edib və 3 qol vurub. 28 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest