Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının referisi olacaq.

FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının referisi olacaq. Ona yan xətt hakimləri kimi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

İyunun 10-da Leskovaç şəhərində yerləşən "Duboçica" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest