01 May 2026, 13:33
FUTBOL
"Mançester Yunayted" "Milan"ın futbolçusu Rafael Leaonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" portuqaliyalı vinger üçün ilkin təmaslara başlayıb. İtaliya klubu 50 milyon avroluq təklif gəlsə, 26 yaşlı oyunçunu satmaq variantını dəyərləndirə bilər.
Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində keçirdiyi 28 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib.

_1692637766.png)










