Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.

Matc.az xəbər verir ki, komandamız yenə Belarus millisi ilə qarşılaşıb. Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest