01 May 2026, 13:17
FUTBOL
"Milan" mövsümün sonunda müqaviləsi başa çatan Luka Modriçi komandada saxlamağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə klubun direktoru İqli Tare məlumat verib. O, xorvatiyalı yarımmüdafiəçi ilə bir mövsümlük yeni sözləşmə imzalanacağını bildirib.
Modriç hazırda zədəlidir. Yaxın vaxtlarda 40 yaşlı futbolçu ilə yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlindən "Milan"da çıxış edir. Təcrübəli oyunçu A Seriyası təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.

_1692637766.png)










