"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, kapitan Milan Şkrinyar sıradan çıxıb. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Slovakiyalı mərkəz müdafiəçisinin ayaq əzələsindən zədə var. 31 yaşlı mərkəz müdafiəçisi təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Milan Şkrinyar bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 40 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest