01 May 2026, 01:14
FUTBOL
"Yuventus" və "Bolonya"nın keçmiş məşqçisi Tiaqo Motta "Atalanta"nın baş məşqçisi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
"Atalanta"nın İtaliya Kubokunun yarımfinalında mübarizəni dayandırması və gələn mövsüm avrokuboklara vəsiqə qazana bilməməsi, hazırkı məşqçisi Raffaele Palladinonun komandadakı gələcəyini şübhə altına salıb.
"Atalanta" rəhbərliyi artıq Palladinonun yerinə potensial namizədlər axtarmağa başlayıb. Tiaqo Motta klubun namizədlər siyahısının başındadır. Mottanın ilk seçimi Premyer Liqa olsa da, o, "Atalanta"nın təklifinə açıqdır.












