01 May 2026, 14:25
MPL
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
Qurum "Neftçi"ni 700 manat cərimə edib. Buna səbəb "ağ-qaralar"ın 7 futbolçusunun sarı vərəqə almasıdır.
"Qarabağ" isə azarkeşlərinə görə ziyana düşüb. Fanatlar tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə klub 8000 manat cərimələnib.



_1692637766.png)








