01 İyul 2025, 21:26
FUTBOL
"Nottingem Forest" 20 yaşlı yarımmüdafiəçi Malik Fofananın transferi ilə bağlı "Lion"la anlaşıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.
Lakin klublar arasında razılaşma olsa da, hələlik futbolçunun özü razılıq verməyib. Fofana Çempionlar Liqasında çıxış edəcək klublardan təklif gözləyir.
Yarımmüdafiəçi ilə "Çelsi", "Bavariya" və "Napoli"nin maraqlandığı qeyd edilir.
Qeyd edək ki, Fofana "Lion"a 2024-cü ildə "Gent"dən 17 milyon avroya transfer olub. O, ötən mövsüm 41 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avrodur.