İngiltərənin "Liverpul" klubu mərhum futbolçu Dioqu Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyəcək.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi sözləşmənin qalan 2 ili üçün həmin pulu hücumçunun yaxınlarına verəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında həlak olub. 2020-ci ildən "Liverpul"da çıxış edən Jota 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024/2025 mövsümündə komanda ilə İngiltərə Premyer Liqasının qalibi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest