05 İyul 2025, 16:18
FUTBOL
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Çelye" qarşılaşmasının oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.
Matc.az xəbər verir ki, "Sabah"ın mətbuat konfransı iyulun 8-də, saat 18:00-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 19:00-da başlayacaq.
"Çelye"nin mətbuat konfransı iyulun 9-da, saat 18:30-da keçiriləcək. Ardınca isə saat 19:00-da ilk 15 dəqiqəsi media üçün açıq olan məşq baş tutacaq.
Qeyd edək ki, həm mətbuat konfransları, həm də məşqlər "Bank Respublika Arena"da təşkil olunacaq.