05 İyul 2025, 15:00
FUTBOL
"Mançester Siti" 35 yaşlı sağ cinah müdafiəçisi Kayl Uokerin "Bernli" ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Mançester klubunun mətbuat xidməti paylaşıb.
Daha əvvəl mətbuatda 35 yaşlı futbolçunun oyunların 70 faizində iştirak edəcəyi və komandanın mövsümün sonunda İngiltərə çempionatını tərk etməməsi halında, "Bernli"yə transferinin ümumi dəyərinin 5 milyon funt sterlinq olacağı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Uoker 2017-ci ildən "Mançester Siti"də çıxış edir. O, Mançester klubu ilə 6 dəfə İngiltərə çempionu olub. "Transfermarkt" portalında 35 yaşlı müdafiəçinin dəyəri 4 milyon avrodur.