04 İyul 2025, 21:24
FUTBOL
Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, "qırmızı-qaralar" 24 yaşlı qanalı mərkəz müdafiəçisi İsaaq Amoahı heyətinə cəlb edib.
Qeyd edək ki, İsaaq son olaraq, azad agent kimi ayrıldığı İspaniyanın "Sanlukenyo" klubunda forma geyinib.