"Atalanta" "Cenoa"nın sol cinah müdafiəçisi Honest Ahanoru heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı İtaliya klubunun mətbuat xidməti paylaşıb.

17 yaşlı italyan üçün 16 milyon avro ödənilib və 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ahanor ötən mövsüm A Seriyasında 7 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest