05 İyul 2025, 01:28
FUTBOL
Klublararası dünya çempionatının 1/4 finalında "Fluminiense" ilə "Əl-Hilal" komandaları üz-üzə gəlib.
Matc.az xəbər verir ki, oyun "Kampinq Vorld" Stadionunda (Orlando, Florida) baş tutub.
Qarşılaşmada Braziliya təmsilçisi 2:1 hesabı ilə qələbə qazananaraq yarımfinala yüksələn ilk komanda olub.
Qeyd edək ki, ABŞ-da keçirilən çempionata iyulun 13-də yekun vurulacaq.
KDÇ-2025
1/4 final
4 iyul
"Fluminense" (Braziliya) – "Əl-Hilal" (BƏƏ) - 2:1
Qollar: Martinelli, 40, Herkules, 70 // Leonardo, 51