04 İyul 2025, 16:41
FUTBOL
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" yoxlama oyunu keçirib.
Matc.az xəbər verir ki, Yunanıstan təmsilçisi Şotlandiyanın "Livinqston" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Aris"in 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
"Sarı-qaralar" bundan sonra Belçikanın “Anderlext” və Niderlandın “AZ Alkmaar” klubları ilə yoldaşlıq oyunları keçirəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan"ın "Aris"lə oyunları 24-31 iyul tarixlərində baş tutacaq.