"Çelsi"nin ABŞ-də keçirilən klublararası dünya çempionatında indiyədək əldə etdiyi gəlir bəlli olub.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, finala yüksələn London təmsilçisi 110 milyon dollar qazanıb.

Premyer Liqa nəhəngi finalda qalib gəlsə, gəlir 120 milyon dollara çatacaq.

Qeyd edək ki, "Çelsi" finalda PSJ - "Real" cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest