09 İyul 2025, 10:38
MPL
Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" bu gün ilk yoxlama oyununa çıxacaq.
Matc.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Türkiyə 3-cü Liqasında mübarizə aparan "Bayburtspor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
"Araz-Naxçıvan" Türkiyə toplanışı çərçivəsində daha iki hazırlıq matçı keçirəcək. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv iyulun 11-də "Alanyaspor", 17-də isə "Trabzonspor"la qarşılaşacaq.