09 İyul 2025, 15:59
FUTBOL
Matça bilet satışları davam edir. Artıq 5000 bilet satılıb.
UEFA Avropa Liqasının birinci təsnifət mərhələsinin "Sabah" - "Çelye" oyununa son bir gün qalıb.
Matc.az xəbər verir ki, matça bilet satışları davam edir. Artıq 5000 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Sabah" - "Çelye" qarşılaşması sabah saat 20:00-da start götürəcək.