"Sabah"ın qapıçısı Stas Pokatilov Azərbaycan və Qazaxıstan çempionatlarını müqayisə edərək, milli liqaların səviyyəsinə təsir edən əsas amillərindən danışıb. Eyni zamanda, o, "Sabah"a keçidindən bəhs edərək yeni klubunda ilk həftələrindən danışıb.

Matc.az xəbər verir ki, Qazaxıstan millisinin 32 yaşlı qolkiperi bu barədə "BorodAbata.kz" saytına müsahibə verib.

- "Sabah"a keçmək variantının ilk yarandığı anı xatırlayırsınız?
- Səhv etmirəmsə, dekabrın sonunda idi. Ukraynadan bir agent mənimlə əlaqə saxladı və dedi ki, səninlə "Sabah" maraqlanır. Mən razılıq verdim. O vaxt mən Qazaxıstandan kənardan gələn təklifləri nəzərdən keçirməkdə maraqlı idim. Lakin sonra təkliflər olmadı.

Yanvarın əvvəlində "Sabah"ın direktoru mənimlə əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik.

- O vaxt siz toplanışda iştirak etmirdiniz, Uralskda fərdi qaydada məşq edirdiniz. Əvvəlcə "Sabah"la müqavilə bağladınız, bir oyun ehtiyatda qaldız, amma sonra əsas qapıçı oldunuz.
- Bəli, belə idi. Vəziyyətə uyğun hərəkət etməli idin. "Sabah"a qoşulduqdan sonra iki həftə dalbadal gündə iki dəfə məşq etdim.

- Azərbaycan və Qazaxıstanda hazırlığın intensivliyini müqayisə edə bilərsinizmi?
- Çox fərq görmürəm. Düşünürəm ki, hər şey məşlərə fərdi yanaşmadan asılıdır.

- Eşitdiyimə görə, oradakı futbol bazaları Qazaxıstandan qat-qat yaxşıdır.
- Mən ancaq "Sabah"ın adından danışa bilərəm. Klubun bazası həqiqətən yaxşıdır. Oynadığım bütün komandalar arasında "Kayrat" şəraitə görə birinci yerdədir. "Sabah" ikinci yerdədir. Məncə, klubun bazası layiqincədir. Qazaxıstan standartlarını nəzərə alsaq, bu, əla səviyyədir.

- Dediniz ki, hər iki ölkənin çempionatları təxminən eyni səviyyədədir, amma Azərbaycanda daha sürətli görünür. Niyə?
- Çünki burada ot örtüyünün keyfiyyəti daha yaxşıdır. Oyunçuların səviyyəsi müqayisə oluna bilər, lakin sahə maksimum qabiliyyətlərinizi göstərməyə imkan verir. Qazaxıstanda futbolçular pis səthdə oynamalı olurlar.

- Qazaxıstanda legioner getdikcə azalır, Azərbaycanda isə əksinə. Bunun müsbət və mənfi tərəfləri nələrdir?
- Gələn mövsüm azərbaycanlılar legioner limitini aradan qaldıracaq. Bu, səviyyəni yüksəltməyə kömək edəcək, lakin bu, yerli oyunçuları sevindirmir.

- Yerli futbolçuları müqayisə edəndə kim daha güclüdür? Milli komandalar qarşılaşanda gah bir tərəf qalib gəlir, gah da digər tərəf.
- Özünüz cavab verdiniz - səviyyə təxminən eynidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest