"Nottingem Forest"in futbolçusu Ramon Sosa karyerasını Braziliyada davam etdirəcək.

Matc.az xəbər verir ki, "Palmeyras" paraqvaylı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Palmeyras" Sosa üçün İngiltərə klubuna 12 milyon avro təzminat ödəyib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramon Sosa ötən mövsüm "Nottingem Forest"in heyətində keçirdiyi 23 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest