09 İyul 2025, 20:17
FUTBOL
"Fənərbaxça"nın müdafiəçisi Aleksandr Ciku karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Fransanın 3 klubu qanalı futbolçunu transfer etmək istəyir. Bunlar "Renn", "Lans" və "Nant"dır. İstanbul nəhəngi 30 yaşlı mərkəz müdafiəçisi üçün 3 milyon avro tələb edir.
Qeyd edək ki, Aleksandr Ciku ötən mövsüm "Fənərbaxçaq"nın heyətində 38 oyunda 1 qol vurub.