13 İyul 2025, 20:15
FUTBOL
"Bavariya" "Çelsi"nin müdafiəçisi Malo Qusto ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında danışıqlar hələ başlamayıb. İndi "Bavariya" yalnız 22 yaşlı fransız haqqında məlumat toplayır. "Çelsi"nin futbolçusu üçün təklifləri nəzərdən keçirməyə hazır olub-olmadığı məlum deyil.
Qeyd edək ki, "Çelsi" Qustonu 2023-cü ilin yanvarında "Lion"dan alıb. Onun "Çelsi" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir və transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.