"Azərbaycan Avropa Liqasının finalını yüksək səviyyədə təşkil etdi. Bu ölkə 25 ildi dünya səviyyəli yarışlara ev sahibliyi edib və hamısından üzüağ çıxıb". Matc.az saytının məlumatına görə, bunu Türkiyə Milli Olimpiya Komitəsinin (TMOK) üzvü, professor doktor İbrahim öztek deyib.

Türkiyə Milli Olimpian Dərnəyinin rəhbəri yerli mətbuata açıqlamasında ölkəmizdə keçirilən Avropa Liqasının final görüşünü dəyərləndirib. O, bu qarşılaşmanın finalçılardan çox Azərbaycanın idman sahəsindəki uğuru kimi qiymətləndirib.

İbrahim öztek ölkəmizin qısa zamanda Yay Olimpiya Oyunlarının ev sahibliyinə belə, hazır olacağını düşünür: "Azərbaycanda təşkil edilən bir çox yarışlara, xüsusən də, futbol oyunlarına Türkiyədən çox sayda azarkeş gedib. Bunda Azərbaycanın Türkiyə üçün tətbiq etdiyi sadələşdirilmiş vizanın önəmi böyükdü. Həmçinin məskunlaşmaqda da heç bir problem yaşanmır. Avropa Liqasının finalı üçün dünyanın bir çox yerindən azarkeş ordusu Bakını doldurdu. Stadionu, bazası və otelləri ilə Bakının ən qısa zamanda Olimpiadaya namizədlikdə də əksər ölkələri geridə qoyacağına əminəm. 2015-ci ildə ilk dəfə təşkil edilən Avropa Oyunları, Bakı küçələrinə səs salan "Formula-1", İslam Həmrəyliyi Oyunları... Qafqazın ulduzu olan Azərbaycan 2000-ci ildən bəri 40-a yaxın yarış təşkil edərək, ən böyük inkişafa nail oldu. Sırada AVRO-2020-di. Ən azı 50 ölkənin qatılması ilə bu yarışlar mədəniyyət, sosial və turistik cəhətdən tanınmağa şərait yaratdı, Bakıya rəng qatdı".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının final matçında "çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest