01 Avqust 2025, 16:20
FUTBOL
"Nyukasl" "Liverpul"un hücumçu Aleksander İsak üçün təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.
"Liverpul" "Nyukasl"a 120 milyon funt-sterlinq (138 milyon avro) dəyərində müqavilə təklif edib, lakin klub təklifi rədd edib.
Qeyd edək ki, "Nyukasl" İsaka yeni müqavilə təklif edib, lakin oyunçu razı olmayıb. İsak bu yay "Nyukasl"ı tərk etmək istəyir və keçmiş klubu "Real Sosyedad"da məşq edir.