02 Avqust 2025, 12:16
FUTBOL
"Bavariya"nın yarımmüdafiəçisi Aleksandar Pavloviç ciddi zədə alıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilir ki, Pavloviçin sağalma müddəti hələlik məlum olmasa da, artıq əməliyyat olunub.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 33 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Pavloviç "Bavariya" akademiyasının yetirməsidir və 2023-cü ildə əsas komandada debüt edib.