"Ferentsvaroş"un futbolçusu Aleks Tot UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"a uduzduqları ilk oyunu (1:3) haqda danışıb.

Matc.az xəbər verir ki, macarıstanlı yarımmüdafiəəçi geridönüş etmək üçün şanslarının olduğuna inanır. 19 yaşlı oyunçu matçdan sonra "Qarabağ" futbolçularının sevinməyinin doğru olmadığını bildirib:

"Bence Ötvös əla oyunçudur. Yarımmüdafiədə onunla oynamağı xoşlayıram. Təəssüf ki, birinci hissədə zədələndi. Ümid edirik ki, zədəsi ciddi deyil və ən qısa zamanda qayıda bilər. “Qarabağ”ın elə çox böyük şansları yox idi. Lakin əllərinə düşən fürsətlərdən yararlandılar. Üç qol buraxmaq bəlkə də bizim axmaqlığımız idi. Bundan daha böyük geridönüşlər görmüşük. Bizim hələ də şansımız var. Komandaya güvənirəm, biz birlikdə uğur qazana bilərik. "Qarabağ"ın futbolçuları sanki duel bitibmiş kimi bayram etdilər. Bu, heç də yaxşı deyildi. Onlardan intiqam almaq istəyirik".

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında cavab görüşü avqusrun 27-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest