"Milli komandalar səviyyəsində zəif rəqib yoxdur".

Ukrayna milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində sabah Bakıda Azərbaycanın qonağı olacaq.

Matc.az xəbər verir ki, yığmanın "Nottingem Forest"də çıxış edən müdafiəçisi Aleksandr Zinçenko oyundan əvvəl keçirilən mətbuat konfransında açıqlama verib:

"Milli komandalar səviyyəsində zəif rəqib yoxdur. Bu oyuna yüz faiz hazır olmalı və köklənməliyik. Baş məşqçi məni harda görmək istəsə, o mövqedə oynamağa və hər şeyimi verməyə hazıram. Əsas odur ki, komandaya faydalı olum".

Qeyd edək ki, Tofiq Bəhramiv adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest