Futbol üzrə Xorvatiya Kubokunda 2-ci mərhələnin oyunları keçirilir.

Matc.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" səfərdə "Qay"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət də bu görüşün iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 66-cı dəqiqədə əvəzlənib. O, komandasının birinci qolunu vurub.

Bu, Abdullazadənin "Varajdin"də vurduğu ilk qoldur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest