UEFA çempionlar Liqasında (çL) həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Matç.az saytının məlumatına görə, siyahıda 4 oyunçunun adı var.

Bunlar "Roma"nın qol "silahı" Edin Dzeko, "Liverpul"un lideri Məhəmməd Salah, "Mançester Siti"nin yarımmüdafiəçisi David Silva və Dortmund "Borussiya"sının müdafiəçisi Əşrəf Hakimidi. Dzeko və Salah qrup mərhələsinin III tur matçında dubl ediblərsə, Silva 1 qolun müəllifi olub, Hakimi də 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, qrup mərhələsində ilk iki turun ən yaxşısı seçilən Lionel Messi zədə ucbatından dünən meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest