11 Sentyabr 2025, 20:21
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "PSG Report" paylaşıb.
Bildirilir ki, 55 yaşlı mütəxəssis uğurlu əməliyyat keçirib və artıq sağalma prosesindədir.
Xatırladaq ki, bir neçə gün əvvəl ispaniyalı mütəxəssisin velosipeddən yıxılaraq körpücük sümüyünü sındırdığı açıqlanmışdı.
Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Fransa təmsilçisi ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kubokunu və Superkuboku qazanıb.