15 Sentyabr 2025, 22:54
ÇEMPİONLAR LİQASI
"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində Portuqaliyada "Benfika"nın qonağı olacaq.
Matc.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında açıqlama verib:
"Bu şəhərdə olmaq və bu gözəl stadionda oynamaq bizim üçün xoşdur. Bəzi səbəblərə görə oyuna istədiyimiz kimi hazırlaşa bilmədik. Amma xeyli təcrübəmiz var. İnanıram ki, futbolçular sabah ən yaxşı oyunlarından birini keçirəcəklər. Neçə ildir Çempionlar Liqasının əsas mərhələsində oynayırdıq. Bu turnirdə iştirak etmək hər futbolçunun arzusudur".