UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunda "Qarabağ" səfər qarşılaşmasına çıxıb
Matc.az xəbər verir ki, Ağdam klubu Porutqaliyada "Benfika" ilə üz-üzə gəlib.
Lissabonda baş tutan oyunda təmsilçimiz 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" II turda evdə Danimarkanın "Kopenhagen" komandasını qəbul edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
16 sentyabr
"Benfika" – "Qarabağ" - 2:3
Qollar: Barreneçea, 6, Pavlidis, 16 // Leandro Andrade, 30, Kamilo Duran, 48, Aleksey Kaşuk, 86
Baş hakim: Erik Lambrexts
Yan xətt hakimləri: Co De Veird, Kevin Monteni
Dördüncü hakim: Natan Verbumen
VAR: Bram Van Driesşe
AVAR: Fedayi San
"Estadio da Luz"
"Benfika": 1. Trubin, 4. Antonio Silva, 5. Barreneçea, 8. Aursnes, 10. Sudakov, 14. Pavlidis, 17. Dediç, 20. Rios, 21. Şelderup, 26. Dahl, 30. Otamendi (k)
Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Obrador, 9. İvanoviç, 18. Barreyro, 25. Prestianni, 39. Henrike Araujo, 44. Tomas Araujo, 64. Gonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste
Baş məşqçi: Bruno Laje
"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borqes, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt
Baş məşqçi: Qurban Qurbanov












