UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub.

Matc.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Ayntraxt"ın qonağı olub. Qarşılaşma Frankfurt təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Ayntraxt" "Qarabağ"ın turnirdəki rəqiblərindəndir. Komandalar arasındakı qarşılaşma 21 yanvar tarixində Bakıda baş tutacaq.

"Ayntraxt" (Frankfurt, Almaniya) – "Qalatasaray" (Türkiyə) - 5:1
Qollar: Sançes, 37 (aq), Uzun, 45+2, Burkardt, 45+4, 66, Knauff, 75 - Akgün, 8 ​​

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest