19 Sentyabr 2025, 10:28
ÇEMPİONLAR LİQASI
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasında 50-ci qolunu vurub.
Matc.az xəbər verir ki, norveçli forvard Liqa mərhələsinin I turunun "Napoli" ilə oyununda fərqlənib.
Haaland turnirdə 50 qol vuran ikinci ən gənc futbolçu olub. O, 25 yaş 59 günlüyündə bunu bacarıb.
Çempionlar Liqasında 50 qola çatan ən gənc oyunçu Lionel Messidir. Argentinalı ulduz 24 yaş 284 günlüyündə bunu edib.












