"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Matc.az xəbər verir ki, "sarı-göylər" Şahmar Aşurovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Aşurov son olaraq "Zirə" klubunun formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest