PSJ klubu qış "transfer pəncərəsi"ndə rusiyalı qapıçısı Matvey Safonovu satmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "FootParisien" məlumat yayıb.

Fransa klubunun qapıçının satma səbəbi kimi onun İlya Zabarnı ilə münasibətlərinin gərgin olması və futbolçunun istədiyi oyun vaxtının ona ayrılmamasından narazı qalması göstərilir.

Qeyd edək ki, 26 yaşlı rusiyalı qapıçı 2024-cü ilin yayında Fransa klubuna keçib və bütün turnirlərdə 17 oyunda meydana çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest