“Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Bayer”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Matc.az "Record" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşmanın baş hakimini tənqid edib:

“Hakim barədə çox danışmaq istəmirəm. Sadəcə etiraz etmək üçün etiraz etməyi sevmirəm, amma bütün bu qeyri-idman davranışları… Mən adətən deyirəm ki, əgər komanda həddindən artıq qeyri-idman hərəkətlərinə yol verirsə, buna yalnız bir nəfər – hakim cavabdehdir. Nadir haldır ki, referi birinci hissədə qapıçıya sarı vərəqə göstərsin. Bu, adətən yalnız 89-cu dəqiqədə baş verir.

Biz hamımız matçda müəyyən məsuliyyət daşıyırıq. Oyunun bu xoşagəlməz tərəfinə görə isə buna imkan verənlər günahkardır. Hakim mənim yaxşı tanıdığım bir şəxsdir. Təəssüf ki, o, mənə xüsusi simpatiya bəsləmir, mən də ona. Amma düşünmürəm ki, biz oyunu hakimin ucbatından uduzduq. Uduzduq, çünki qol vura bilmədik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest