08 Noyabr 2025, 15:31
FUTBOL
"Bavariya" müqaviləsi gələn yay başa çatacaq "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate ilə yaxından maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bild" nnəşri yayıb.
Bildirilir ki, Münhen klubu Deotşankul Upamekanonun ayrılacağı təqdirdə 26 yaşlı futbolçunu mümkün əvəzedici kimi nəzərdən keçirir. Konatenin komandasının "Real" və PSJ ilə də danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, bu mövsüm "Liverpul"un müdafiəçisi bütün turnirlərdə 15 oyunda meydana çıxıb və bir qol vurub. "Transfermarkt"da futbolçunun dəyəri 55 milyon avrodur.












