Çempionlar Liqasının V turunda keçirilən “Arsenal” – “Borussiya” (Dortmund) oyunundan (sonra komandaların baş məşqçiləri qarşılaşma ilə bağlı fikirlərini bölüşüblər. Matc.az xəbər verir ki, London təmsilçisinin  çalışdırıcısı Mikel Arteta komandasının oyunundan razı qaldığını, lakin qələbə qazana bilməməyin məyusluq yaratdığını bildirib:
 
“Məncə, möhtəşəm oyun keçirdik. Rəqibin səviyyəsini və yaratdığımız qol imkanlarını nəzərə alsaq, daha yaxşı nəticəyə layiq idik. Komandamın oyunundan razıyam, amma bu qədər fürsət yaradıb onları dəyərləndirə bilməməyimiz məyusedicidir”.
 
Dortmund klubunun baş məşqçisi Niko Kovaç isə səfərdə əldə olunan bir xalı müsbət qiymətləndirib:
 
“Bu, bizim üçün çox vacib xaldır. Londonda oynayırdıq və rəqibin təhlükəli hücumlarına tab gətirməli olduq. Komandam yaxşı mübarizə apardı. Heç kim bizi sona qədər vuruşmamaqda ittiham edə bilməz”.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest