“Yuventus”un baş məşqçisi Luçano Spalletti yanvar transfer pəncərəsində komandaya fiziki cəhətdən güclü, klassik mərkəz hücumçusunun cəlb olunmasını istəyir.

Matc. az xəbər verir ki, İtaliyalı mütəxəssis A Seriyasında “Venezia” üzərində qazanılan qələbədən sonra hücum xəttində əsl “9 nömrə” çatışmazlığının olduğunu bildirib. Onun sözlərinə görə, Nik Voltemade və Randal Kolo Muani bu rolu tam şəkildə yerinə yetirə bilmirlər.

“Kolo sürətə, fiziki gücə və dözümlülüyə malikdir. O, mərkəz hücumçusu kimi oynaya bilər. Lakin biz məhz bu mövqe üçün nəzərdə tutulmuş futbolçu transfer etməmişik. Rəqib müdafiəçilərin təzyiqi altında topu qəbul edib saxlaya bilən fiziki güclü oyunçulara ehtiyacımız var”, – deyə Spalletti vurğulayıb.

Baş məşqçinin transferlə bağlı əsas namizədi isə “Atalanta”nın hücumçusu Canluka Skamakka hesab olunur. Məlumata görə, Spalletti bu futbolçunun adını rəhbərliyə, o cümlədən Karnevali və Massaraya təqdim edib.

1999-cu il təvəllüdlü hücumçu cari mövsüm 13 oyunda 3 qol vurub. Skamakka “Atalanta”da kifayət qədər oyun şansı qazanmır və müntəzəm çıxış edə biləcəyi kluba keçmək istəyir. Onun yanvarda Bergamo təmsilçisindən ayrılması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest