"Barselona" sol hücum xəttini gücləndirməyi hədəfləyir. Klub hazırda "Mançester Yunayted"dən 30 milyon avro dəyərində cinah hücumçusu Markus Reşfordu transfer etməyi düşünür. "Barselona" bu potensial müqaviləni yaxşı bir razılaşma hesab edir, eyni zamanda daha gənc bir oyunçu ilə müqavilə imzalamağı da düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, "Barselona" skautları "Lion"un 20 yaşlı sol cinah hücumçusu Malik Fofanaya üstünlük verirlər. "Liverpul" və "Arsenal"ın da belçikalı ilə maraqlandığı bildirilir.

Qeyd edək ki, Fofana bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest