"Mançester Yunayted" niderlandlı mütəxəssis Erik ten Haqın (2022-2024) rəhbərliyi dövründə əldə etdiyi 5 oyunçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, klub hücumçular Rasmus Hoyland və Coşua Zirkzi, yarımmüdafiəçilər Manuel Uqarte və Meyson Maunt, eləcə də qapıçı Andre Onananı satmaq niyyətindədir. Qeyd olunur ki, "Mançester Yunayted" bu oyunçuların transferlərinə ümumilikdə 250 milyon funt-sterlinq (287,5 milyon avro) xərcləyib.

"Qırmızı şeytanlar" bu yay bir neçə mövqeyə yeni transferlər reallaşdırmağı planlaşdırır. İngilis klubu yarımmüdafiəçi, cinah müdafiəçisi, sol cinah müdafiəçisi və mərkəz müdafiəçisi əldə etməkdə maraqlıdırlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest