15 Mart 2026, 22:00
FUTBOL
"Mançester Yunayted"in kapitanı Bruno Fernandes klubun bir mövsümlük assist rekordunu qırıb.
Matc.az xəbər verir ki, bu barədə "OptaJoe" məlumat yayıb.
Yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 30-cu turunda "Aston Villa" üzərində 3:1 hesablı qələbə qazanılan oyunda iki assist edib. Bu, 31 yaşlı portuqaliyalı oyunçunun cari mövsüm 16-cı assistidir.
Fernandes bu göstərici ilə 1999/2000 mövsümündə 15 assist edən əfsanəvi Devid Bekhemi geridə qoyub.
İngiltərə Premyer Liqasında isə bir mövsümdə ən çox assist rekordu hər biri 20 olmaqla Kevin de Bruyne və Tyerri Anriyə məxsusdur.
Qeyd edək ki, Bruno Fernandes bu mövsüm Premyer Liqada 27 oyun keçirib, 7 qol vurub və 16 assist edib.












