"Marsel" "Lans"dan icarəyə götürdüyü Fakundo Medinanın transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə "L’Équipé" nəşri məlumat yayıb.

Argentina millisinin üzvü 22 milyon avroya başa gələcək. 26 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Marsel" Fakundo Medinanı mövsümün əvvəlində icarəyə götürüb. Təcrübəli futbolçu komandanın heyətində 19 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest