15 Mart 2026, 20:32
FUTBOL
Əlverişsiz hava şəraiti səbəbindən "Ağstafa Gəncləri" komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.
Matc.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan II Liqasının 18-ci turu çərçivəsində 16 mart tarixində keçirilməsi planlaşdırılan "Ağstafa Gəncləri" – "Şirvan" oyununun yeri dəyişdirilib.
Hər iki klubla aparılan müzakirələrdən sonra Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib.
Oyunun başlanma saatı və digər detallar dəyişməz olaraq qalır.












