16 Mart 2026, 13:59
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin cavab matçlarının təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, "Liverpul" - "Qalatasaray" görüşünü polşalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Şimon Marçinyak olacaq. Ona yan xətlərdə həmyerliləri Tomaş Listkieviç və Adam Kupsik köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Pavel Raskovski yerinə yetirəcək. VAR-da Marko Di Bello, AVAR-da isə Daniele Çiffi (hər ikisi İtaliya) əyləşəcək.
Qeyd edək ki, "Liverpul" - "Qalatasaray" qarşılaşması martın 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında İstanbulda baş tutan ilk matç Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.












