14 Noyabr 2025, 12:55
FUTBOL
"Çelsi"nin futbolçusu Mixaylo Mudrik dopinq qalmaqalından sonra mümkün qayıdışa hazırlaşır və formasını qoruyur.
Matc.az xəbər verir ki, bu barədə "GiveMeSport" məlumat yayıb. Futbolçu 4 il müddətinə nəzərdə tutulan diskvalifikasiya cəzasını tam şəkildə çəkməyəcək.
London klubu oyunçuya inamını qoruyur. "Çelsi" Mudriki uzun fasilədən sonra oyun praktikasını bərpa edə bilməsi üçün “Strasburq”a icarəyə göndərməyi planlaşdırır. Ukraynalı futbolçu hələ də “mavilər”in gələcək layihəsinin bir hissəsi sayılır.
Qeyd edək ki, Mixaylo Mudrik “Çelsi”nin heyətində 73 matça çıxıb, 10 qol vurub və 11 qol ötürməsi edib. O, sonuncu dəfə 2024-cü ilin dekabrında matç üçün heyətə daxil edilmişdi.










 (1)_1763117688.jpg)

